
Ah, mən gündən-günə bu gözəlləşən İşıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əllləşən Dostdan, aşinadan necə əl çəkim? Dönmə bir şəbnəmə yaz səhərində, Könül, günəş kimi parla yerində! Göylərin lacivərd ətəklərində Gedən bu qovğadan necə əl çəkim? Baxınız, dan yeri sökülmüş kimi, Dostlar bir cəbhəyə tökülmüş kimi. Uzaqdan-uzağa xam gümüş kimi Ağaran səhradan necə əl çəkim? Təbiət varlıdır, təbiət xəsis, İşlədərkən onu, sən ey mühəndis, Mən də qart daşlara verdiyim bu hiss, Bu incə mənadan necə əl çəkim? Bir yanda tərlanlar, dumanlı dağlar, Bir yanda kəkliklər, ayna bulaqlar, Bir yanda bülbüllər, çiçəkli bağlar, Mən bu tamaşadan necə əl çəkim? Həyat dedikləri bu keçməkeşdən, Qəlbimdə, qanımda yanan atəşdən, Gecədən, gündüzdən, aydan, günəşdən, Bu əngin fəzadan necə əl çəkim? Qarşımda dalğalı dərin bir ümman, Ümmanı sarsıdır bir acı tufan, Bəyaz köpükləri bir çiçək yapan Şeirdən, xülyadan necə əl çəkim? Ah, mən gündən-günə bu gözəlləşən İşıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən Dostdan, aşinadan necə əl çəkim??? Dönmə bir şəbnəmə yaz səhərində, Könül, günəş kimi parla yerində! Göylərin lacivərd ətəklərində Gedən bu qovğadan necə əl çəkim??? Baxınız, dan yeri sökülmüş kimi, Dostlar bir cəbhəyə tökülmüş kimi. Uzaqdan-uzağa xam gümüş kimi Ağaran səhradan necə əl çəkim??? Təbiət varlıdır, təbiət xəsis, İşlədərkən onu, sən ey mühəndis, Mən də qart daşlara verdiyim bu hiss, Bu incə mənadan necə əl çəkim??? Bir yanda tərlanlar, dumanlı dağlar, Bir yanda kəkliklər, ayna bulaqlar, Bir yanda bülbüllər, çiçəkli bağlar, Mən bu tamaşadan necə əl çəkim??? Həyat dedikləri bu keçməkeşdən, Qəlbimdə, qanımda yanan atəşdən, Gecədən, gündüzdən, aydan, günəşdən, Bu əngin fəzadan necə əl çəkim??? Qarşımda dalğalı dərin bir ümman, Ümmanı sarsıdır bir acı tufan, Bəyaz köpükləri bir çiçək yapan Şeirdən, xülyadan necə əl çəkim???

