[verse] Fikrindən gecələr yata bilmirəm Bu fikri başımdan ata bilmirəm Neyləyim ki, sənə çata bilmirəm [Chorus] Ayrılıq, ayrılıq, aman ayrılıq Hər bir dərddən olar yaman ayrılıq [Verse] Uzundur hicrindən, qara gecələr Bilmirəm, mən gedim, hara gecələr Vurubdur qəlbimə yara gecələr [Chorus] Ayrılıq, ayrılıq, aman ayrılıq Hər bir dərddən olar yaman ayrılıq. [Verse] Yadıma düşəndə ala gözlərin Göydə ulduzlardan, allam xəbərin Neyləyim kəsibdir məndən nəzərin [Chorus] Ayrılıq, ayrılıq, aman ayrılıq Hər bir dərddən olar yaman ayrılıq [Verse] Ayrılıq dərdini çəkməyən bilməz Yardan ayrı düşən göz yaşın silməz Deyərlər: İntizar xəstəsi ölməz [Hook] Ayrılıq, ayrılıq, aman ayrılıq Hər bir dərddən olar yaman ayrılıq