
Anamın hədijjəsi
V5.5
Mən Bir Hədiyyə Olaraq Dünyaya Gəldim Bu dünyaya nədən gəldiyimi bilən varmı? Uzun illərin həsrətiylə Tanrıya yalvaran, Bala arzusuyla göz yaşı tökən Bir ananın duasının cavabıyam mən. Mən anamın hədiyyəsiyəm, Qəlbinə nur, gözlərinə sevinc gətirən, İllər boyu dilədiyi arzu, Tanrının bəxş etdiyi ümidəm mən. O yaşadığı müddətcə mən vardım, Sevinci də mən idim, qayğısı da. Amma artıq anam yoxdur… O dünyasını dəyişdi, mən isə hələ də buradayam. Anamla bərabər nitqim də sustu, Hər şey elə bil anlamını itirdi. Mən indi kiməm, nə edirəm burada? Kimin şəfqət-yadigarıyam?

