
(Cip-cip cücələrim,) (Cip-cip, cip-cip cücələrim,) Mənim qəşəng cücələrim, Tükü ipək cücələrim.  Gözləyirəm tez gələsiz, Göy çəməndə dincələsiz. Gözləyirəm tez gələsiz, Göy çəməndə dincələsiz.   (Ay mənim )— cücələrim, (Ay mənim )— cücələrim, (Ay mənim )— cücələrim, (Ay mənim )— cücələrim. Mənim göyçək cücələrim.  Cip-cip cücələrim, Cip-cip, cip-cip cücələrim, Mənim qəşəng cücələrim, Tükü ipək cücələrim. Gəlin sizə yemək verim, Mən su verim, çörək verim. Gəlin sizə yemək verim, Mən su verim, çörək verim.  (Ay mənim )— cücələrim, (Ay mənim )— cücələrim, (Ay mənim )— cücələrim, (Ay mənim )— cücələrim. Mənim göyçək cücələrim.  Cip-cip cücələrim, Cip-cip, cip-cip cücələrim, Mənim qəşəng cücələrim, Tükü ipək cücələrim. Arzum budur, boy atasız, Ananıza tez çatasız. Arzum budur, boy atasız, Ananıza tez çatasız.   (Ay mənim )— cücələrim, (Ay mənim )— cücələrim, (Ay mənim) — cücələrim, (Ay mənim )— cücələrim. Mənim göyçək cücələrim.  Cip-cip cücələrim, Cip-cip, cip-cip cücələrim, Mənim qəşəng cücələrim, Tükü ipək cücələrim.

