
Sənsiz yadlaşıbdı bu şəhər mənə, Sənsiz küçələr də tanımır məni. Hər gün göz yaşını tökür buludlar, Küləklər də dayanmır sən gedəli. İşlərim də düz gətirmir niyəsə?! Bəxtim taleyimdən küsüb deyəsən. Əslində kimsəni qınamıram mən, Bədbəxt bir adamı niyə sevəsən? Ümidlərim məndən üzüb əlini, Xoşbəxtlikdən əl götürən biriyəm. Həyatımın bir marağı qalmayıb, Oxunub qurtarmış kitab kimiyəm. Bu şəhərin havası da dəyişib, Yalnız gəlir ayrılığın qoxusu. Bu şeirdə darıxmağın izi var, Yenə qaçıb bir şairin yuxusu..
No comments yet!
Be the first one to show your love for this song