
Yad vətən Gətmə deyirsən nə bilim axı, Bəlkə çoxdan getmişəm hələ Sahildə, saçlarının arasından Küləktək əsib keçmişəm hələ Bəlkə toxunmuşam yanağınada, Ruhumu ruhuna qatıb keçmişəm O qara gözünə, dodağınada Ruhumu ruhuna satıb keçmişəm Bəlkə mən olmamışam heç Bəlkə xəyal etmisən məni Görmə biryol yanımdan keç Bəlkə sən bildim məndə keçəni Gedirəm bağışla gələn deyiləm Sənsiz uzağlarda gülməyəcəyəm Sənin qədrini bilən deyiləm Mənim üçün ölsəndə bilməyəcəyəm Hərşeyi unut məni unutma Qoy səndə yaşayım biraz Gəl desəm nə olar qayıtma Adımı yerlərə göz yaşınla yaz Yazki gözlərindən mən düşüm yerə Əzilim xıncım-xıncım ayağ altında Nə olar ağlama-ağlama yenə Süzülüb getməyim yanağ altında Gedərkən, hər addımını saydım Bu addımlar necə uzağmış necə? Gedərkən yollarda ruhumu azdım Necə hərşeyim biraz azmiş necə? Məncə bu təyyarə qalxmaz yerindən Sən boyda dərdi aparıram, gəl Deyəsən qan iyi gəlir gözümdən Ağlamıram, gözümdən qanayıram gəl Gəlmişəm, çatmişam bura haradı? Bura başdan sona vətəndi bəlkə? Göy üzü mavi, torpağ qaradı Qəribi vətənsiz sevəndi bəlkə? Artıq gəlmişəm mən başqa ölkəyə Bu şəhərdə sənsizlik baş alıb gedir Çox qərib var buralarda, gördüm! Hərkeçən bağrına daş alıb gedir Hər küncdə bucağda qürbət qorxusu Insanlar başqa dildə danışır Ah səndən gələn o dəniz qoxusu Ciyərim o iy üçün yanır alışır Mən buraxmaq istədim orada hərşeyi Buraxmadığlarımı çoxdan itirdim Sadecə özüm gəlmək istədim amma Özümü gətirməklə hərşey gətirdim Qürbətmi, vətənmi birmirəm artıq Hərşeyin var, bir sən yoxsan orda Özündən başqa hərşeyin sənsən Nə orda özünsən nədəki burda İllər keçir oxşadıram özümü Yad vətəndə yad ellərə Gecələr qırpmayıram gözümü Günlər dönür fəsillərə Bugün qonağlar gəlib yeri gəlmişkən Deyirik, gülürük gülüş qonur yanağlara Bir söz xatırladım, şair demişkən Yad evdə doğmalaşmışam qərib-qərib qonağlara
2 Comments
Elkhan Hüseyn 12w ago
bu əladı Bro..🫶
Fidan İmanlı 12w ago
🔥